Keçən gün bərk yağışa
tutuldum. Yağışın altında avtobus gözləyərkən, ətrafdakı insanlara baxırdım.
Sağımda gözəl bir xanım var idi, ən azından kənardan gözəl görünürdü - üzünü
görə bilmirdim. Sonra gələn avtobusa baxırmışam kimi sağa dönüb xanıma daha diqqətlə
baxdım, doğrudan da gözəl imiş. Qırmızı dodaq boyası sürtmüşdü dodağına, pudra
və krem ilə üzünü daha da ağartmışdı. Ağ üzünə gözəl yaraşırdı qırmızı dodaq
boyası. Sonra fikir verdim ki, tamamilə qara geyinib. Ola bilər, nə var ki
burda, yaraşırsa qara geyinsin. Sonra dönüb soluma baxdım: solumdaki oğlan da
qara geyinib. Amma ona heç yaraşmırdı qara. Onsuz da qaraşın idi. Özü də
saqqalı da var idi,təbii ki o da qara idi.Yetərincə kirli görünməyi bəs
deyilmiş kimi üstünə də qara geyinmişdi. Kirli görünən biri başqa hansı rəngdə
geyinə bilərdi ki, guya?
Sonra ətrafa baxdım. Palçıq içində olan dayanacaqda on-on beş nəfər avtobus gözləyirdi. Qara ayyaqabı, qara gödəkcə, qara papaq,tünd rəngdə şalvarlar, qara bığ və qara camaat. Bircə qara olmayan qırmızı dodaq boyalı xanım idi. Onun da sadəcə dodaqları qırmızı idi… Sonra avtobus gəldi hamı atıldı irəli mən qaldım geridə gördüm ki girə bilməyəcəm başladım tamaşa etməyə. Qara geyimli qara insanlar birbirini itələyə-itələyə dalaşa-dalaşa bir təhər özlərini palçıq içindəki avtobusa soxmağa çalışır. Sonra üzümü göy üzünə çevirdim ,göy üzündə qara buludlar gəzirdi, buludlardan aşağı tökülən yağış suyu isə kirli idi.

Bu qədər qara rəng görəndən sonra özümə şükr
ettim.Mən ki qara geyinmirəm.Sevimli gödəkçəmə göz gəzdirdim. Qara idi.”
Yox-yox mən 2 ildir ki, bunu geyinirəm. Məndə xatirələri var ona görə. İstəsəm
lap qırmızı da geyinərdim” .Sonra ayaqqabıma baxdım o da qara idi. O ki yeni
idi. O niyə qara idi ? Jaketim niyə qara idi ? Axı mən fərqliyəm. Başımı aşağı əydim
- ayyaqabımın ucuna toxunan palçıqlı suya tamaşa etməyə başladım. Palçıqlu su
içərisində özümə tamaşa etməyə davam etdim.
Bu kiçik hadisənin üzərindən çox keçməmişdi ki yeni paltar almaq vaxtı gəlib çatdı- fəsl dəyişirdi. Bu dəfə cəsarətimi topladım daha əvvəl geyinmədiyim , soyunub-geyinmə otağında belə yoxlamağa cəsarət etmədiyim rəngli paltarlarla bəxtimi sınamalı idim. Artıq tünd rənglərdən bezmişdim.Başladım sarı , qırmızı , hətta çəhrayı zolaqları olan paltarları ard-arda geyinib yoxlamağa. Kiçik inqilab baş vermək üzərə idi.

Rəngli paltarlar içimdəki rəngliliyi gözlə görünən
etmişdi. Öz seçimim öz rənglərim öz geyimim. Artıq özümü daha çox fərd kimi
hissetməyə başladım. O gün attığım kiçik addım əslində kiçik bir inqilab idi mənim
üçün.Qara və ağ rəngdən başqa rəngləri də sevdiyimi görmüşdüm. Qara rəngin içinə
həbs olmuş rənglər azadlığa çıxmışdı nəhayət.