Onlar haqqında çoxumuzun
məlumatı yoxdur və ya çox azdır. Bir transseksualla əlaqə saxladım və gizliliyi
qorumaq şərtiylə mənimlə söhbət etməyə, müsahibə verməyə razı oldu. Təxminən
iki saatlıq söhbətimizdən maraqlı hissələri seçib, oxuculara təqdim edirəm. Onların yaşadıqları həyat, problemləri barədə daha geniş məlumata
sahib olacaqsınız.
......
Əsl adım Röyaldı. İndi
Röya adını işlədirəm. Səsim də pis deyil. Kişi səsiylə oxuyanda səsim Röyanın
səsinə oxşayır, qadın səsiylə oxuyanda Aygün Kazımovanın.
Hər gün, hər saniyə
yaşadığım bu həyata, özümə nifrət edirəm. Mən bu deyiləm. Fahişə olmaq üçün
bədənimi, cinsiyyətimi dəyişdirmədim. Gedəcəm bu ölkədən. Dodaqlarımı
düzəltdirmişəm. İki min manat borcum var. Borcumu ödədikdən sonra pul yığmağa
başlayacam. Maraqlanmışam, üç min manat pul lazımdı. Pulum hazır olan kimi Hollandiyaya
gedəcəm.
Hər gün Allaha dua
edirəm. Məni bağışlasın deyə yalvarıram. Düşünürəm ki Allahın mənə verdiyi
bədənə xəyanət etmişəm. Amma çox çətin idi, inan mənə. Kişi bədəninə həbs
olunaraq yaşamaq çox çətindi. Xüsusilə universitetə başlayandan sonra dözülməz
həddə çatmışdı. Çoxları elə bilir ki biz kef üçün, pul qazanmaq üçün özümüzü bu
hala salırıq. Allaha qurban olum, O bilir mən özümü biləndən nə əzablar
çəkmişəm.
Uşaqlıqdan qadın
olduğumu bilirdim. İncəsənət universitetində kinoşünaslıq oxuyurdum. Hər
gün işgəncə kimi keçirdi. Qız kimi yeriyirdim, hərəkətlərim, oturuşum, duruşum
qız kimi idi. Axı mən qadın idim! Özümdən asılı deyildi... Ailəm nə qədər məni
dəyişdirmək istədi, zorla kişi kimi geyindirdilər, döydülər. Amma mən evdə heç
kim olmayanda bacımın paltarlarını geyinib bir neçə saat evdə belə gəzirdim,
rəqs edirdim. Gəlin paltarı geyinmək xəyalı qururdum. Hara gedirdim söz
atırdılar, söyürdülər. İndi şəhərdə daha rahat gəzirəm. Heç kim trans olduğumu
anlamır. Üçüncü kursda oxuyarkən dəyişməyə qərar verdim. Belə yaşamaq mümkün
deyildi.
Mənim üçün teatr deyə
bir şey yoxdur. Mən teatra dövrü keçmiş bir incəsənət növü kimi baxıram.
Amma film həyatdır. Son günlərdə Çarli Çaplinin filmlərini izləməyə
başlamışam... Yeri gəlmişkən əmim qızı teatr
aktrisasıdır.
Azərbaycanlı kişilərə
inanmıram. Üç il bir oğlanı sevmişəm. Mənə deyirdi ki mən sənin fahişə
olmağına icazə verməyəcəm. Məni qoruyacaq, yaşayışımı təmin edəcəkdi. Özün
bilirsən ki Azərbaycanda bizim normal işdə çalışmaq imkanımız yoxdur. Ona görə
də məcbur fahişəlik etməli oluruq... Sevgilim mən müalicəyə başladıqdan bir il
sonra məni atdı. Qaldım ortada, ağır depressiya yaşadım. Amma fikrimdən
dönmədim. Mütləq gedəcəm bu ölkədən, normal həyat yaşayacam... Gəlin paltarı
geyinmək xəyalı ilə yaşayıram.
Heç vaxt ana ola
bilməyəcəm. Bəlkə də Hollandiyada övladlığa uşaq götürmək mümkündür,
bilmirəm. Amma heç vaxt öz uşağım olmayacaq. Sevdiyim kişidən, ərimdən uşaq
doğa bilməyəcəm. Bunu bilmək mənə əzab verir.
Anam üçün çox
darıxıram. Atam mənim “xəstə” olmağımda anamı günahlandırırdı. Nə vaxt
acıqlansa anamı döyür, təhqir edirdi... Ara bir anama zəng edirəm, səsini
eşitmək üçün. Amma danışa bilmirəm. Anam mənim zəng etdiyimi başa düşür,
ağlamağa başlayır.
Anam hicablıdı.
Mən də namaz qılırdım. Bəzən yenə qılıram.
Hər gün ağlayıram.
Fahişə olduğum üçün özümə, məni bu hala saldığı üçün bu ölkəyə nifrət edirəm.
Küçədə mənə söz atan, söyüş söyən kişilərin bəziləri sonra mənlə yatmağa
gəlirlər. Mən Azərbaycanda normal kişi olduğuna inanmıram. Çoxu homoseksualdı.
Tük transların ən
böyük bəlasıdı. Hər dəfə tüklərimi görəndə əvvəlki “məni” xatırlayıram.
Əlbətdə bir də penis məsələsi var. Onun əməliyyatı çox qəlizdi. Həm də
risklidi. Əməliyyat olunub qadın cinsiyyət orqanı düzəltmək olar amma ömür boyu
boşala bilməmək riski var. Fikirləşə bilirsən ömür boyu boşalmamaq nə deməkdi!?
Həm də digər məsələ var. Əgər “bu” olmasa acından ölərik. Kişilərin çoxu “buna”
görə bizim yanımıza gəlir.
Bəzi kişilər
inciməsin deyə onlarla yatıram. Bəzən eybəcər kişilər gəlir. Vallah puluna
görə yox, sırf inciməsin, özünü pis hiss etməsin deyə onlarla da yatmağı qəbul
edirəm.
Bir evdə üç-dörd ay yaşayandan sonra qonşular təzyiq göstərməyə,
şikayət etməyə başlayırlar. Məcbur evi dəyişdirməli oluruq. İndiyə qədər
10-dan çox ev dəyişdirmişəm.
...Hər gün Allaha
şükr et. Allah hər şeyi mükəmməl yaradıb. Bir tükün belə bilirsən nə qədər
əhəmiyyəti var? Allah məni də bu cür sınağa çəkdi. Amma mən dözə bilmədim, qadın
olduğum halda kişi bədəniylə yaşaya bilməzdim.
Evis kredit kredit sirk?t siz? baslamaq lazimdir h?r hansi m?bl?g borc haziriq
YanıtlaSilSizin s?xsi is. biz d? ?g?r, 3% faiz d?r?c?si il? kredit verm?k biz d? ev satmaq bil?r ayliq öd?nis evi almaq ist?yir?m
S?n. bel? Xahis k?nd t?s?rrüfati k?nd t?s?rrüfati kredit üçün müraci?t. Siz kredit lazimdir ?g?r
, Evisloanfirm@gmail.com çox s?b?bl?ri niy? ola bil?r: bizim e-poçt ?laq?
gözl?nilm?z avtomobil v? ya ev t?mir - Siz b?zi ?lav? pul ?ld? etm?k lazimdir
Sizin toy v? ya xüsusi bayram üçün öd?nilm?si. Lakin, bunun üçün lazim n?
Yuxaridaki 100.000 ABS dollari $ 5000 ABS dollari arasinda borc zaman.
Sirk?tin ixtisaslasma.
1) 3% faiz d?r?c?si kredit verir.
2) Biz d? sizin h?r hansi bir siz seçdiyiniz bir ev ala bil?r
yer.