17 Mart 2013 Pazar

BUİKA



Buika ilə ilk dəfə konsertine getmek istediyim gün tanış oldum.Bileti ilk satışa çıxdığı gün tükənmişdi. Bilmirem bəlkə də konsertinə gedə bilmədyim üçün onun səsinə bu qədər heyran oldum. Bəlkə də o gün konsertə getsə idim yuxulayıb yatacaqdım.. İlahi,sən bilirsən axı sən bilirsən ki mən yalan deyirəm. Bu qaraçı , dişlərinin arasından ətrafa musiqi saçan qara dərili afrika əsilli İspanyalı vokalist dinləyərkən fikirləşirəm ki, əgər cənnətdə olsam, onun ifası  mənim üçün ən böyük hədiyyə olar. Əslən afrikalı olmasından gələn etnik zənginlik , uşaqlığını malyorka adasında romanlarla bərabər keçirmiş olması və ispan mədəniyətinin də təsiri ilə  caz, funk, flamenko, gypsy rumba , afro-kuba ritmləri , copla və soulu dərin incəliklərini hissedərək və hissetdrərək bir araya gətirir və səsləndirir deyə eşitmişəm. Amma mən bunları ayırd edə bilmirəm .Mən sadəcə Buikanın valeh edici səsinə heyran bir dinləyiciyəm.



9 Mart 2013 Cumartesi

Erməniylə "bir jetonluq" söhbət







Müəllif: ELVİR N,

İstanbul  Atatürk Hava Limanında yükümü də aldıqdan sonra yaxsı tanıdığım hava limanının  aşağı mərtəbəsinə endim. İstanbulun hava limanından avtovağzalına qədər metro xətti nin olması şəhərə gələn qonaqları buranın problemli nəqliyyatı kimi böyük bir dərddən qurtarır.

Ağır çemodanımın təkərlərindən biri qırılmışdı və bu da onu daşımaqda çətinlik yaradırdı. Çamadanı metro jetonu almaq üçün divara söykədim və aparata cibimdəki bütün dəmir bir liralıqları daxil edərək hər ehtimala qarşı 3 jeton aldım. Jetonu alıb keçid yerinə yaxınlaşarkən  metro işçisinə dərdini başa salmağa  çalışan görünüşcə köhnə məhlə yoldaşımı xatırladan bir nəfər gördüm : “valyuta,valyuta,dollar –lira ? Valyuta?” metro işçisi isə əlindəki dollarlarla nəsə başa salmağa çalışan bu adamın nə istədiyini  başa düşməməkdə israr edirdi. Bunu görüb kömək etməyə qərar verdim. Metro işçisinə yaxınlaşaraq  “ Dövizin (exchange) harda olduğunu soruşur” dedim. ” Haa bu tərəfdədi amma hələ qapalıdı.  Saat 10-da açılacaq” əli ilə arxa tərəfdəki qapının istiqamətində daha uzağı işarə edirdi.

Jeton almağa türk lirəsi olmadığı üçün mən ona kömək  təklif ettim , o isə elə bunu gözləyirmiş kimi metrodan düşən kimi Aksaray tərəflərdə pulumu verəcəyinə söz verib təşəkkür etti. Biz keçidi keçib eskalatora doğru gedərkən daha iki yoldaşı bizə yaxınlaşdılar. Mənimlə salamlaşdıqdan sonra,bayaqki oğlan  onlara  mənim kim olduğumu qısaca izah etti.  Ekskalatorda aşağı enərkən danışdıqları dilin gürcü dili olduğundan əmin olaraq  söhbətə başlamaq üçün  Rus dilində bildiyim bir neçə sözü bir araya gətirərək “ ti gruzin da? “ sualını verdim. Elə o andaca “ net, ya Armen” cavabını alanda həm çox təəcübləndim,həm də gülümsədim. İyirmi üç illik həyatımda ilk dəfə idi ki canlı şəkildə erməni  görürdüm. Qəribə hisslər keçirtdim.Çünki ona jeton alaraq metroya minməsinə kömək edirdim. O isə mənim etdiyim kiçik köməyə görə hörmət və təşəkkür kimi ağır və təkəri qırıq çemodanımı  daşıyrdı. Həyatımda ilk dəfə bir erməni ilə söhbət etmək fürsəti yaranmışdı.  Bunu əldən verə bilməzdim. Bu arada o da məndən hardan olduğumu soruşub cavabını eşidəndə  gülümsədi. Və növbəti sualı “ iz Baku? “ oldu. Və Bakının hansı tərəfində qaldığımı soruşdu. Mən də o bəlkə tanıyar deyə o vaxtki adı ilə “sizin vaxtınızda erməni kənd adlanan yer olduğunu izah etməyə çalşdım. O da həyəcanla “Drujba”  kinoteatrına tanıyıb tanımadğım soruşdu. Mən Bakını yaxşı tanımadığım və  Dostluq kinoteatrından xəbərsiz olduğum üçün “yox məncə yaxın deil “ dedim. O isə Dostluq kinoteatrına yaxın qalırmış. Sonra Dostluq kinoteatrını rnn harda olduğunu öyrənəndə sovet dağilmamış  və məlum hadisələr baş verməmiş olsa idi bəlkədə indi qonşu olardıq deyə duşündüm.  Metronu gözləyərkən yeni tanışım “Baku, Baku...” deyə deyə azc a fikrə gedib, yanındakı ermənilərlə içində “Bakı” sözünün keçdiyi və anlamadığım cümlələr qururdu .Yoldaşlarından biri ağ saruşka qara şalvar və uzun burun ayaqqabı  geynmisdi . Qaşları da bitişik idi. “ Vallah, lap qonşumuz Anara oxşayrdi” .

Sonra metroya mindik. Adam az olduğundan rahat oturmağa yer çox idi. Oturarkən mənə yoldaşliq edən erməni “Anara oxsayan erməni”  ilə otururdu . Bu dəfə mənim yanıma digərlərinə nisbətən türk dilində daha yaxşı  danışan erməni əyləşdi. Yaşi 30 civarında olardi. Bütün yol boyu hamı susmuşdu, təkcə sona 2-3 stansiya  qalmıs rus dilində “Bakı gözəl şəhərdi” dedi. Sonra  “sizdə burada problem olmaz. Sizin  türklərlə yəqin dil probleminiz də olmur hə “? Təsdiqlədim və  burda nə işlə məsğul olduğunu soruşdum “qizil alveri “ dedi.

(Qizil alveri sözünü eşidəndə burda tanış olduğum azərbaycanlılar yadıma düşdü. Yolun kənarında  5 lirədən eynək , kuklalar satan bir azərbaycanlı satıcı, hətta biraz sohbət edib azca səmimi olduqdan sonra gəl düşüb aşağıda çay içək demişdi.
Mən və yanımdakı yoldaşım isə tələsdiyimizdən  başqa vaxt üçün söz vermişdik. O isə aşağıda gözel xanımlar olduğunu istəsək bizə düzəldə biləcəyini demişdi,biz də sağollaşıb yolumuza getmişdik. Əlbətdəki azerbaycanlıları pisləmək kimi bir fkrim yoxdur sadəcə o məqamda yadıma bu düşmüşdü. Burda yaşayan azərbaycanlıların evində dəfələrlə qonaq omuşdum və zəngəzurlu Şəhla xalanın hər həftə mənm üçün bişirdiyi azərbaycan yeməklərinin dadi hələ də damağımdadır)

Erməni “tanışlarım”a bir neçə sualda mən vermisdm. Əvvəla, mən ermənilərin Türkiyəyə gəlməsinin qadağan olduğunu zənn edirdim. əlbəttə bu məlumat səhv idi. Sadəcə erməni sərhədləri  bağlı idi. Digər sualım isə AzTV-dən görüb eşitdiyimiz xəbərləri təsdiqləmək məqsədi güdürdü. “Ermənistanda vəziyyət necədir? Iş varmi ? İnsanlar necə dolanr” sualına cavabı fərqli olmamışdı. “İş yox , hamı köçüb Avropadakı, Rusiyadakı qohumlarının yanına, şəhərdə heç bir yenilik yoxdur, qısaca Ermənistan pis vəziyyətdədr”- lap AzTv demişkən...

Ən axırıncı stansiyada düşdük, onlardan biri mənim borcumu qaytarmaq üçün “döviz” tərəfə getdi. Dıgər ikisi isə mənə fikir vermədən öz aralarında danismağa başladılar. Arabr göz ucu mənə baxıb gülümsəyirdilər və bu anda məndə millətçilik duyğuları yaranırdı. Görəsən azərbaycnlıları ələ salırdlar? Axı niyə ələ salsınlar, nə lazımsız düşüncə idi...

Sonra pul dəyişdirməyə gedən erməni qayıtdı.  Sadəcə bir  jetonun pulunu qaytarmaq üçün valyutadəyişməyə gedb gəldi və mənə 2 lira qaytardıl. Sonra sağollasdı...

...Yoluma dəvam edərkən müharibələri, eşitdiyim  insan faciələrini, Bakıda şəhərli  taksi şoferinin məni hər dəfə təəcübləndirən məlumatları yadima düşdü. Bir dəfə taksi şoferi rus, erməni, ukrayn qonşularından və uşaqlıqlarnın cox maraqlı keçdiyindən danışırdı. Sonra da hər dəfə zəmanəyə lənət oxuyardı...

...Mən isə evə gedən yolumda iki qonşu millətin arasında yaranan və yaxud yaradılan düşmənçiliyi, bunun yaranma səbəblərini , tarixi faktları və soyqırımları düşünməyə başladım...